AÇ-2016: Uels Rusiyanı məğlub etdi, qrupu lider başa vurdu (VİDEO)

11:31 21-06-2016
AÇ-2016: Uels Rusiyanı məğlub etdi, qrupu lider başa vurdu (VİDEO)

SM: Fransada keçirilən Avropa çempionatı davam edir. Sportmedia.az xəbər verir ki, bu gün qitə birinciliyində daha bir qrupda son oyunlar keçirilib. Keçirdiyi ilk iki oyunda qələbəyə həsrət qalan Rusiya yığması isə Uelslə münasibətlərinə aydınlıq gətirib. Britaniyalılar şimal qonşularımızı darmadağın ediblər - 3:0.
 
Bu nəticələrdən sonra Uels qrup lideri kimi, İngiltərə isə ikinci yerlə 1/8 final mərhələsinə vəsiqə qazanıb. Üçüncü yeri tutan Slovakiyanın da mərhələ adlamaq şansı qalmaqdadır.
 
23:00. Rusiya - Uels 0 - 3
QOLLAR: Aaron Remzi, 11, Neil Teylor, 20, Qaret Beyl

.
.
.
0.30615520477295