AÇ-2016: Türkiyə qrupdan necə çıxa bilər?

01:33 22-06-2016
AÇ-2016: Türkiyə qrupdan necə çıxa bilər?

SM: Avropa çempionatında Çexiyanı yenərək 1/8 finala çıxmaq şansını saxlayan Türkiynin taleyi son iki qrupdakı oyunlardan aslıdı. Ən yaxşı 4 üçüncüdən biri olmaq istəyən "ay-ulduzlular"ın mərhələ adlayıb-adlamayacağı bu gün baş tutacaq oyunlardan aslı olacaq.

Sportmedia.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayacaq F qrupunun Macarıstan - Portuqaliya oyunu bu baxımdan çox önəmlidi. 4 xalı olan macarlar 2 xalı olan portuqaliyalıları yensə, Türkiyə ən yaxşı üçüncüdən biri olacaq.

Bu baş verməsə, diqqətlər E qrupuna yönəcək. Bu qrupda 1 xalı olan İrlandiya İtaliyanı, İsveç isə Belçikanı məğlub edə bilməsə, Türkiyə 1/8 finala çıxacaq.

.
.
.
0.30048704147339