Arda Turan: \"Hər kəsin cavabını tək-tək verəcəm\"

02:17 22-06-2016
	Arda Turan: \"Hər kəsin cavabını tək-tək verəcəm\"

SM: "Sonuna qədər mübarizə apardıq. Qələbə qazandığımız üçün çox sevincliyik. İndi nəticələri gözləyəcəyik. İnşAllah dualarla ən yaxşı üçüncü olacağıq". Sportmedia.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Arda deyib.
Çexiya üzərində qələbəni şərh edən kapitan daha sonra sözlərinə belə davam edib:
"Biz heç vaxt pula görə oynamadıq, danışmadıq. Deyək ki, biz heç, anamı ağlatmasaydılar yaxşı olardı. Bəzilərini bağışlamayacam. Hər kəsin cavabını tək-tək verəcəm".
Qeyd edək ki, D qrupunda qərarlaşan Türkiyə millisinin futbolçuları, xüsusui ilə də Arda ilk iki oyunda məğlub olduqdan sonra sərt formada tənqid olunmuşdu.


.
.
.
0.30846095085144