"Qara qartal" La Liqadan qapıçı alır!

13:55 06-07-2016
"Qara qartal" La Liqadan qapıçı alır!
SM: Türkiyənin "Beşiktaş" klubu qapıçı transfer edib. Super Liqanın son qalibi "Deportivo"nun qolkiperi Fabrisio Ramiresi transfer edib. Bu haqda 28 yaşlı futbolçu özü məlumat verib:
"Karyeramda yeni bir səhifə açmaq üçün "Deportivo"dan ayrılıram. Çempionlar Liqasında oynamaq mənim arzumdur. Ona görə də, "Beşiktaş"ı seçdim".
2013-cü ildən "Deportivo"da çıxış edən qolkiper sözlərini yekunlaşdırandan sonra göz yaşlarını saxlaya bilməyib.

.
.
.