Ronaldo: \"Çox xoşbəxtəm\"

08:00 11-07-2016
	Ronaldo: \"Çox xoşbəxtəm\"
SM: Bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. "Çox xoşbəxtəm. 2004-cü ildən Avropa çempionu olmaq haqda düşünürdüm. Çoxu bizə inanmırdı. Ancaq uzun illərdə ərzində etdiyimiz fədakarlıqların ardından çempion olduq. Buna layiq idik. Həmişə milli ilə kubok qazanaraq tarixə düşmək istəmişəm. Təəssüf ki, bu oyunda sona kimi iştirak edə bilmədim. Ancaq  komanda yoldaşlarıma inanırdım. Onlara, məşqçilərimizə təşəkkür edirəm. Bu, unudulmaz hadisədir".

.
.
.
0.3329918384552