"Ronaldoya qarşı qayda pozuntusuna yol verilmişdi"

08:30 11-07-2016
"Ronaldoya qarşı qayda pozuntusuna yol verilmişdi"
SM: Bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş  Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. "Komanda futbolu oynayırıq. Oyunçularıma hər zaman bu cür oynamağı söyləyirdim. Onlara həmişə çempion ola biləcəyimizi deyirdim və budur, biz qalibik. Qələbəyə layiq idik. O, birinci hissədə zədələndiyi üçün əvəzlənən komandanın kapitanı Krişiano Ronaldonun meydanda qalmaq üçün çox çalışdığını vurğulayıb:
"Ancaq alınmadı. O, komanda yoldaşlarına kömək etməyə çalışdı. Bu, vacib addım idi. Ona təşəkkür edirəm. Bizim parlaq gələcəyimiz var, amma indi qələbəni bayram etmək vaxtıdır".
F.Santuş rəqib komandanın futbolçusu Dimitri Payenin Ronaldonu zədələdiyi epizodu belə şərh edib:
"Həmin epizodda Paye cəzalandırılmalı idi. Mən hakimlərə hörmət edirəm, onları öyrətməyə çalışmıram. Ancaq Ronaldoya qarşı qayda pozuntusuna yol verilmişdi".
Təcrübəli mütəxəssis qarşılaşmanın ən yaxşı futbolçusu seçilən Pepe haqda da danışıb:
"İnsanların Pepeni niyə sevmədiyini anlamıram. Onu pis oğlan adlandırırlar. Amma Pepe meydanda bütün gücünü ortaya qoyur. Bu oyunda da etibarlı oynadı. O, qarşılaşmanın ən yaxşı futbolçusu seçilməyə layiq idi".

.
.
.
0.30863881111145