"Bu formada uduzmaq təəssüfləndiricidir"

10:38 11-07-2016
"Bu formada uduzmaq təəssüfləndiricidir"
SM: Bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. "Xəyalımız puç oldu. Portuqaliyanı təbrik edirəm. Qələbə qazanmaq üçün çox şansımız oldu, amma bunları dəyərləndirə bilmədik. Bu formada uduzmaq təəssüfləndiricidir. Oyunçularım meydanda bütün gücünü ortaya qoydular. Azarkeşlərimiz çempion olacağımıza inanmışdılar. Rəqib sürətli əks-hücumlar qurdu.Yaxşı müdafiə olundular. Ronaldo oyundan çıxdıqdan sonra daha çox müdafiəyə çəkildilər".Onun sözlərinə görə, Portuqaliya çempionluğa layiqdir: "Onlara finala yüksəldilər və həlledici görüşdə önəmli qalibiyyət əldə etdilər".

.
.
.
0.32308387756348