Portuqaliya 25,5, Türkiyə isə 8 milyon avro qazandı!

18:00 11-07-2016
	Portuqaliya 25,5, Türkiyə isə 8 milyon avro qazandı!
SM: UEFA Portuqaliya Futbol Federasiyasına milli komanda Avropa çempionatında qalib gəldiyi üçün 25,5 milyon avro ödəyəcək. Finalda məğlub olan Fransa seçməsi 23,5 milyon avro qazanacaq.  
Turnirdə iştirak edən 24 komandanın hər birinə 8 milyon avro veriləcək. Qrup mərhələsində komandalar qələbəyə görə 1 milyon, heç-heçəyə görə isə 500 min avro qazanıblar. 
Almaniya 18,5 milyon, Uels 18, Polşa 14,5, Belçika, İtaliya və İslandiya hərəsi 14, Xorvatiya 12, Macarıstan, İngiltərə, İspaniya və İsveçrə hərəsi 11,5, Slovakiya və İrlandiya 11, Şimali İrlandiya isə 10,5 milyon avroya sahib olub. 
Qrupda sonuncu yeri tutan Rusiya, Çex Respublikası, Rumıniya, İsveç və və Avstriya cəmi 8,5 milyon avro qazanıblar. 
Türkiyə və Albaniya 9, Ukrayna isə 8 milyon avro əldə edib.  

.
.
.
0.32112598419189