İlham Əliyev Yay Olimpiya oyunçuları ilə görüşüb!

11:33 18-07-2016
İlham Əliyev Yay Olimpiya oyunçuları ilə görüşüb!
SM: Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilib. Sportmedia.az dövlət başçısının rəsmi saytından aldığı məlumata görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış etdilər.
Çıxışlardan sonra idmançılar Olimpiya andı içdilər.
Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.

.
.
.
0.51972007751465