"Final oyununu idarə etmək mənim üçün böyük şərəfdir"

16:46 22-07-2016
"Final oyununu idarə etmək mənim üçün böyük şərəfdir"
SM: Bu sözləri Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın rəsmi saytına açıqlamasında deyib: "Final oyununu idarə etmək mənim üçün böyük şərəfdir. Baxmayaraq ki, bu xəbəri eşidəndə bir qədər şoka düşdüm. "Hakimlər ən yaxşısını əldə etmək istəyirlər. Turnir başladıqdan bəri məqsədim final oyununu idarə etmək idi. Belə şans mənə verildiyi üçün çox xoşbəxtəm. Bu, müasir Azərbaycan hakimliyi üçün böyük nailiyyətdir. Mənə dəstək olan ailəmə təşəkkür edirəm. Final böyük oyundur. Ancaq ümid edirəm ki, bu, mənim üçün son olmayacaq. Məqsədim daima, hər matçda inkişaf edərək gələcəkdə daha böyük turnirlərin oyunlarına təyinat almaqdır".

Qeyd edək ki, Ağayev iyulun 24-də Almaniyanın Sinsheim şəhərinin “Rhein-Neckar-Arena”sında Fransa və İtaliyanın 19 yaşadək futbolçularından ibarət yığmaları arasında keçiriləcək final görüşünü idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

.
.
.
0.3115758895874