Taekvondoçuların reytinq cədvəli açıqlandı!

17:32 26-07-2016
Taekvondoçuların reytinq cədvəli açıqlandı!
SM: Beynəlxalq Taekvondo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. 
Rio Olimpiadası öncəsi sonuncu siyahıda Azərbaycanın üç təmsilçisi yer alır. Bunlar 80 kq çəkidə Radik İsayev, 80 kq çəkidə Milad Beiqi Xarçeqani və 67 kq çəkidə Fəridə Əzizovadır. Onlardan ən yüksək nəticə Radik İsayevə məxsusdur. O, ötən cədvəllə müqayisədə bir pillə geriləyərək, 4-cü sıraya düşüb. Digər taekvondçularımız daha aşağı sıralarda yer alırlar. Belə ki, Fəridə Əzizova 14-cü, Milad Beiqi Harçeqani isə 15-ci pillələrdə qərarlaşıblar. 
Onu da qeyd edək ki, taekvondo yığmamız Rio yay olimpiya oyunlarında tam heyətlə çıxış edəcək. İsayev, Harçeqani və Əzizovadan başqa, 49 kq çəkidə Patimat Abakarova da Braziliyadakı Olimpiadada medal qazanmağa çalışacaq.

.
.
.