Millimiz dünya çempionatına qələbə ilə başladı!(Video)

11:00 13-09-2016
		Millimiz dünya çempionatına qələbə ilə başladı!(Video)
SM: Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib. Millimiz Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Mərakeş yığması ilə qarşılaşıb. Futzalçılarımız 5:0 hesabı ilə qələbə qazanıb. Oliveira Villiams De Naskimentonun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Everton Cardoso və Thiago Bolinha fərqlənib.
Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 15-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16 sentyabr, saat 03:00) Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığmasına qarşı keçirəcək.

.
.
.
0.35358095169067