“Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm"

10:00 09-10-2016
“Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm"
SM: Dünya çempionatıın seçmə mərhələsində keçirilən Azərbaycan - Norveç (1:0) matçından sonra Norveç milli komandasının baş məşqçisi Per-Matias Heqmo məğlubiyyəti şərh edib:  “Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da, qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür. Hava ötürmələrindən çox istifadə etsək də, istəyimizə çata bilmədik. Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti oyunları düşünməliyik. Azərbaycan yığmasının inkişafı göz önündədir”.

.
.
.
0.68925380706787