Almaniya Çexiyanı, İngiltərə Maltanı asanlıqla keçdi!

00:03 09-10-2016
Almaniya Çexiyanı, İngiltərə Maltanı asanlıqla keçdi!
SM: DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Milli komandamızın mübarizə apardığı C qrupunda Almaniya və Çexiya yığmaları qarşılaşıb.

Hamburqda keçirilən oyunda meydan sahibləri üstün tərəf olublar. 13-cü dəqiqədə Tomas Müller hesabı açıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən Yoahim Lövün komandası daha 2 qol vurub. 49-cu dəqiqədə Toni Kroos, 65-də isə Müller fəqrlənib. Almaniya - Çexiya - 3:0.

Qrupun digər oyununda Şimali İrlandiya San Marinonun qapısından 4 cavabsız top keçirib - 4:0. 

Azərbaycan Almaniya ilə birgə 6 xall qrupda 1-2-ci yerləri bölüşür. Şimali İrlandiyanın 4 xalı var.

E qrupu

Ermənistan - Rumıniya - 0:5
Qollar: Stanku, 4-pen, Popa, 10, Marin, 12, Stanku, 29, Kipçu, 59 

Monteneqro - Qazaxıstan - 5:0 
Qollar: Tomaşeviç, 24, Vukçeviç, 59, Yovetiç, 64, Beçiray, 73, Saviç, 78

Polşa - Danimarka - 3:2 
Qol: Robert Levandovski, 20 (1:0), 36-pen. (2:0), 48 (3:0), Qlik, 49-avtoqol, (3:1), Poulsen, 69 (3:2)

F qrupu

İngiltərə - Malta - 2:0
Qollar: Stariç, 29 (1:0), Alli, 38 (2:0)

Şotlandiya - Litva - 1:1 
Qollar: Çerniç, 59 (0:1),  Makartur, 89 (1:1)

Sloveniya - Slovakiya - 1:0 
Qol: Kronaveter, 74

.
.
.
0.39821290969849