Sportmedia.az-ın İmişlidən hazırladığı reportaj – II hissə (FOTOLAR)

23:52 21-11-2016
												Sportmedia.az-ın İmişlidən hazırladığı reportaj – II hissə (FOTOLAR)

Sportmedia.az-ın reportyor qrupunun İmişlidən hazırdalığı reportajın II hissəsində bu bölgədəki stadiondan, futbol üçün şəraitdən, imkanlardan və resurslardan yazacağıq. İmişlidə futbol üçün hər bir şərait var. İstər uşaq futbolu üçün istərsə də, peşəkar futbol üçün imkanlar genişdi. Şəhərin mərkəzi arenası adı ulu öndərimizin adını daşıyır – Heydər Əliyev Adına İmişli Şəhər Mərkəzi Stadionu. 
5Vuso.jpg0UASd.jpg
Bu stadion və baza İmişlinin “MKT-Araz” komandasının vaxtından qalıb. Stadion 4 meydançadan ibarətdi. Əsas və 2 köməkçi meydança ot örtüklü, 1 dənə isə süni örtüklü meydança fəaliyyət göstərir. Əsas və süni örtüklü meydançalar  “MKT-Araz” komandasının dövründən qalmadır. Həmin vaxtdan bu yana meydançada yenilənmə işləri görülməyib. Əsas meydançanın ot örtüyü bərbad vəziyyətdədir. 

Buna görə də “Mil-Muğan” və digər aşağı yaş qruplarının komandaları məşqləri köməkçi meydançalarda həyata keçirir. Əsas meydançada ancaq çempionat oyunları keçirilir. 


Süni örtüklü meydança isə qismən də olsa məşqlərə yararlıdır. Stadion işıqlandırma sistemi ilə təmin olunmayıb. 


Stadionun tribunaları əla vəziyyətdədi. 8500 azarkeş tutumuna malik olan stadionun tribunasında media üçün PRESS sektor və Vip lojalar da ayrılıb. 


Stadionda tam təmirli soyunub-geyinmə otaqları (duş kabinələrilə birlikdə), massaj otaqları, trenajor zalı, muzey və digər otaqlar mövcuddur. Stadiona yerli və qonaq komandalarının avtobuslarının girişləri ayrıdı. Komandalar ayrı girişlərdən soyunub-geyinmə otaqlarına birbaşa keçirlər. 


Stadionun layihəsinə əsasən 6 meydança fəaliyyət göstərməlidi. Lakin 2 meydançanın inşasına hələ başlanmayıb. Baş plana əsasən maliyyə məsələsi düzələndə digər 2 meydançanın da inşasına başlanacaq.


Stadion ərazisində əsas komanda üçün ayrıca bina inşa etdirilib. Burada yerli komandanın futbolçuları və məşqçiləri üçün ayrıca otaqlar ayrılıb. Onların istirahət üçün zalı, təlim mərkəzi və hamam da mövcuddur. Komandanın yeməklə təmin olunmaq üçün geniş restoranı fəaliyyət göstərir. 


Stadionun ərazisində əyləncə üçün də imkanlar var. Burada tennis və bilyard stolları yerləşdirilib. Futbolçular boş vaxtlarını burada keçirə bilərlər.


Stadionun ərazisi çox böyükdü. Ərazinin bir hissəsində məcburi köçkünlər yaşayır və bir hissəsinin də maliyyə kəsildiyi üçün inşası yarımçıq dayandırılıb. Köməkçi meydançalara giriş məcburi köçkünlərin məskunlaşdığı yerdəndir. Bu meydançaların ot örtüyü normaldı. 


“Mil-Muğan” komandası AFFA-dan maliyyələşsə də, stadionun problemləri və işçilərininin maaşları MKT şirkəti tərəfindən ödənilir. 


6 yaş qrupu üzrə fəaliyyət göstərən İmişli komandasının rəhbərliyi artıq növbəti mövsümdən yaş qruplarının sayını artırmaq fikrindədir. Çünki klub rəhbərliyi Premyer-Liqada komandalarının təmsil olunacağına ümid edirlər və buna görə də Premyer-Liqada iştirak üçün lazım olan tələbləri yerinə yetirməyə hazırlaşırlar. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.56214213371277