“Şapekoense” Sudamerikana Kubokunun qalibi elan edilib!

22:23 06-12-2016
“Şapekoense” Sudamerikana Kubokunun qalibi elan edilib!
SM: Bu yaxınlarda təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubu Sudamerikana Kubokunun qalibi elan edilib. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu barədə rəsmi məlumat yayıb.
 
Noyabrın 28-də final qarşılaşması üçün Kolumbiyaya yollanan Braziliya klubu qəzaya uğramış və təyyarədə olan 81 nəfərdən 77-si həlak olmuşdu. Baş vermiş faciədən sonra “Şapekoense”nin  finaldakı rəqibi “Atletiko Nasional” kubokun rəqibinə verilməsini CONMEBOL-a tıklif etmişdi. Bunu müsbət qarşılayan Cənubi Amerika Futbol Konfederasiyası qitənin ən nüfuzlu ikinci turnirinin qalibi adını “Şapekoense”yə verib.
 
“Şapekoense” tarixində ilk dəfə Sudamerikana Kubokununun qalibi adını qazanıb.
 
Bundan əlavə, CONMEBOL “Atletiko Nasional”a xüsusi "fair-play" mükafatı və 1 milyon dollar verəcək.

.
.
.
0.59426593780518