"1 illik əməyin qarşılığını itirdik. Bura qədər çox çalışmışdıq"

10:50 07-12-2016
"1 illik əməyin qarşılığını itirdik. Bura qədər çox çalışmışdıq"
SM: "Beşiktaş" Çempionlar Liqasının qrup mərhələsinin son turunda Kiyev "Dinamo"suna 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. İstanbul klubu çıxışını Avropa Liqasında davam etdirəcək. Oyundan sonra "qara qartallar"ın çalışdırıcısı Şenol Günəş matç haqda fikirlərini bölüşüb: "Bizim üçün yaxşı gecə olmadı. Çox danışıb, cəzalanmaq da istəmirəm. Rəqib haqq etdi, amma necə haqq etdiyini bilmirəm... Belə bir gecəni yaşamaq çox üzücüdür. İstanbuldakı oyunda alman hakimin vermədiyi penalti ilə bu penaltini müqayisə edəndə fərqli istiqamətlərə gedib çıxarsız. 1 illik əməyin qarşılığını itirdik. Bura qədər çox çalışmışdıq".
Təcrübəli mütəxəssis ukrayalı junalistin "Türkiyəli azarkeşlərin etdikləri hərəkətlərə görə utanırsız?" sualına belə cavab verib: "Meydanda olan utancverici vəziyyəti görərək yaza bilərsiz?"

.
.
.
0.5234489440918