Elxan Abdullayev: "Zirə” sabit, çox qol buraxmayan komandadır"

22:31 13-12-2016
Elxan Abdullayev: "Zirə” sabit, çox qol buraxmayan komandadır"
SM: “Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Zirə” klubu ilə ilk oyunundan sonra fikirlərini bildirib:
“İlk olaraq azarkeşlərə minnətdaram ki, çox vacib oyunda gəlib bizi sona kimi dəstəklədilər. Məhz azarkeşlərin dəstəyi sayəsində işin öhdəsindən 50 faiz gəldik. 50 faiz üçün isə cavab oyununu gözləyəcəyik. Öz meydanımızda da eyni dərəcədə dəstək gözləyirik ki, qələbə qazanıb mərhələni keçək. “Zirə” sabit, çox qol buraxmayan komandadır. İstəkli oyun nümayiş etdirirlər. Çoxlu itkimiz var idi. Əvəzində gənc futbolçulara şans verdik, onlar da ümidləri doğrultdular”.

.
.
.
0.49917602539062