Şeydayevin yerinə Adebayor "Trabzonspor"da!

21:00 21-12-2016
Şeydayevin yerinə Adebayor "Trabzonspor"da!
SM: Milli komandamızın hücumçusu Ramil Şeydayevin forma geyindiyi "Trabzonspor" toqolu ulduz Emanuel Adebayoru heyətinə cəlb etmək üzrədir. Yayılan məlumatlara görə, "Real Madrid", "Tottenhem", "Arsenal" və "Mançester Siti" kimi klublarda oynamış 32 yaşlı forvard "Trabzonspor"a keçməyə yaxındır. Digər məlumata görə isə, Ramil Şeydayev qış fasiləsində Trabzon klubundan ayrılacağı gözlənilir.

.
.
.
0.45997500419617