Mark Klattenburq ilin hakimi seçilib!

15:01 26-12-2016
Mark Klattenburq ilin hakimi seçilib!
SM: Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, İngiltərə Futbol Federasiyasından Mark Klattenburq 1-ci olub. O, 141 xal toplayıb. Ötən il ən yaxşı hakim seçilən Nikola Ritsoli (İtaliya, 65 xal) bu dəfə 2-ci olub. Viktor Kassai (Macarıstan, 55 xal) siyahının 3-cü pilləsində qərarlaşıb.

İlk 10-luqda Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır da yer alıb.

İFFHS-in versiyasına görə, 2016-cı ilin ən yaxşı 10 hakimi aşağıda adları qeyd olunanlardır:

1. Mark Klattenburq (İngiltərə) - 141 xal
2. Nikola Ritsoli (İtaliya) - 65 xal
3. Viktor Kassai  (Macarıstan) - 55 xal
4. Yonas Eriksson (İsveç) - 43 xal
5. Cüneyt Çakır (Türkiyə) - 28 xal
7. Feliks Brix (Almaniya) - 26 xal
8. Martin Atkinson (İngiltərə) - 20 xal
9. Damir Skomina (Sloveniya) - 19 xal
10. Nestor Pitana (Argentina) - 14 xal

.
.
.
0.33542203903198