Yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışları keçirilir!

18:00 13-02-2017
		Yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışları keçirilir!
SM: Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir. 

11-12 fevral tarixlərində Sumqayıtda 2 saylı nümayəndəliyin, Balakən və Şəmkirdə isə 6 və 7 saylı nümayəndəliyin seçim yarışları keçirilib. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları fevralın 12-də başlayıb və 15 fevraladək davam edəcək. 3 saylı nümayəndəliyin seçim yarışları fevralın 18-də Şamaxıda, 18-19 fevralda isə 4 və 5 saylı nümayəndəliklərin təsnifat yarışları müvafiq olaraq Sabirabad və Göyçayda keçiriləcək. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 14-16 mart 2017-ci il tarixdə yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

.
.
.
0.31129002571106