Rəşad Sadıqov komandasına qoşulur!

17:00 26-02-2017
Rəşad Sadıqov komandasına qoşulur!

SM: Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gündən komandasının ümumi məşqlərinə qoşulacaq.
Bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə açıqlamasında deyib. O bildirib ki Sadıqov həkimlərin nəzarəti altında çalışaraq, fiziki vəziyyətini yaxşılaşdırır: “Durumu yaxşılığa doğru gedir”.
Xatırladaq ki, Sadıqov Premyer Liqanın 15-ci turunun yanvarın 29-su “Neftçi”yə qarşı keçirilən oyununda zədə alıb və sonrakı 4 görüşün heç birində komandasına kömək edə bilməyib.


.
.
.
0.39770603179932