"Arxayınlaşmaq idmançını geri aparır"

14:00 04-03-2017
"Arxayınlaşmaq idmançını geri aparır"

SM: Bunu hal-hazırda Türkiyənin İstanbul şəhərində təlim məşq toplantısında olan Yunan-Roma güləşi üzrə baş məşqçi Akif Əliyev AİHOƏK İctimai Əlaqələr Şöbəsinin jurnalisti Nərmin Kazımovaya verdiyi müsahibədə vurğulamışdır. O, Yunan-Roma güləşi üzrə idmançılarımızın qarşısında duran yarışlara hazırlıqdan bəhs etmişdir:

“11 fevral tarixindən 2 marta kimi İstanbulda təlim məşq topanışında olmuşuq. 3- 5 martda isə Türkiyədə Yunan-Roma güləşi üzrə Vehbi Emre və Hamit Kaplan beynəlxalq turniri keçiriləcək. Hal-hazırda ona hazırlıqlar gedir. Həm Azərbaycanın, həm də Türkiyənin Yunan Roma güləşçiləri ikili məşq toplantısı təşkil edəcəklər. Bu yarışdan sonra Dünya kubokuna hazırlıqlara başlayacağıq. Iranin Abadan şəhərində keçiriləcək dünya çempionatına, Bolqarıstanda keçiriləcək Avropa çempionatına ciddi hazırlıqlar gedir.

Ən başlıcası Azərbaycanımızın ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunlarına daha məsuliyyətlə hazırlaşırıq. Vətəndə keçirilən idman yarışları daha məsuliyyətli, daha qürürvericidir. O üzdən güləşçilərimiz daha məsuliyyətlə çalışırlar.

İdmanda zədədən qaçmaq olmur, təəssüf ki, zədələnmiş idmançılarımız var. Düzünü desəm, Bakı 2017 Oyunlarında hansı idmançının iştirak edəcəyi hələ dəqiq bilinmir. Açığını deyim ki, idmançıların arxayın olmasını istəmirəm. Çünki, arxayınlaşmaq idmançını geri aparır. Məşq yarışları nəticələrindən sonra möhtəşəm Bakı 2017 Oyunlarında vətənimizi təmsil edəcək idmançıların adı məlum olacaq və bu barədə federasiyamız açıqlama verəcək”.


.
.
.