Ayxan Abbasov: "Çempionatın sonuna kimi mübarizə gedəcək"

01:33 06-03-2017
Ayxan Abbasov: "Çempionatın sonuna kimi mübarizə gedəcək"

SM: "Neftçi" - "Zirə" oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edən "qartallar"ın baş məşqçisi Ayxan Abbasov bunları deyib:
- Gərgin oyundan sonra danışmaq çətindi. "Neftçi" qış fasiləsindən sonra yaxşı transferlər etdiyini göstərirdi. Oyuna ciddi hazırlaşmışdıq. Rəqib komanda zəif oynayanda da qələbə qazanmağı bacarır. Dördüncü yer uğrunda mübarizə üçün bizə görə önəmli qarşılaşma idi. Oyunun axararı heç-heçəy doğru gedirdi. Ancaq sonra qələbə qolunu da vura bildik. Qışdan sonra uşaqların əzmkarlığını qeyd etmək istərdim. Məğlub olmaq istəmirlər. Rəqibə uğurlar arzulayıram".

- "Neftçi" ilə xal fərqi 9-a çatdı...
- Digər rəqiblərə də baxsaq, məncə, çempionatın sonuna kimi mübarizə gedəcək. Qarşıda hələ bir dövrə var. Bu, futboldu. Hər komandanın enişi olur. Çalışacağıq ki, çempionatın sonuna qədər bu tempi saxlayaq. Komandada rəqabət yaratmağı bacarmışıq.

- Yəqin ki, rəhbərlik qarşınıza avrkuboklara vəsiqə qazanmağı məqsəd qoyub. Ancaq bir məsələ var ki, "Neftçi" kubokda mübarizəni davam etdirdiyi üçün, sizdən şanslıdı...
- Rəhbərlik mənə bu vəzifəni təklif edəndə, komandanın sona qədər mübarizə aparmasını istəmişdi. Mövsümün əvvəlində çox xal itirmişdik. "Neftçi"nin kubokda da üstünlüyü var. Əsas odur ki, biz özümüz öz addımızı ataq.

- Düşünmürsüz ki, bu söz-söhbətlərə son qoymaq üçün "Qarabağ"ı məğlub etmək lazımdı?
- Biz onsuz da oynayacağıq. Kiminsə çempionluğunu fikirləşmirik. Belə bir şey varsa, gəlsin mənə sübut eləsin. Oyundan oyuna fərq var. Dünən "Sumqayıt"ın baş məşqçisi də dedi ki, futbolçularım "Qarabağ"dan qorxur. Hələ Ağdam klubu ilə oyuna iki tur var. Amma futbolçular indidən gərginlik yaşayır.

- Azarkeşlərlə aranızda nə baş vermişdi?
- Komandanın oyunundan razı qalsam da, oyun zamanı bəzi epizodlardan narazı qaldım. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü azarkeşlər həəmişə haqlıdı. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Onların guya “Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdı. Bu məsələdən bezmişəm. “Qarabağ”a oyun verənə də Allah lənət eləsin. Artıq bu mövzunu bağlayaq. Pisdi “Zirə” kimi komandanın olması? Onsuz da komanda azdı. Sponsorlar “Zirə”ni atsa, sevinəcəklər?


.
.
.
0.3150680065155