DK-2017: 3 görüş, 3 qələbə - Azərbaycan finalda, rəqib Rusiya!

13:00 17-03-2017
DK-2017: 3 görüş, 3 qələbə - Azərbaycan finalda, rəqib Rusiya!

SM: İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.
Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır.
Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.
Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq.
Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


.
.
.
0.37265706062317