Kubokun finalı Naxçıvanda baş tutacaq!

11:11 06-04-2017
Kubokun finalı Naxçıvanda baş tutacaq!

SM: Futbol üzrə XXV Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi. Keçirilən yarımfinal mərhələsinin cavab oyunlarından sonra “Qəbələ” və “Qarabağ” klubları adlarını finala yazdırdılar. Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan komandalar kubok uğrunda həlledici görüşdə də üz-üzə gələcəklər.
Yarımfinal mərhələsində “Qəbələ” Bakının “İnter” klubunu (3-1; 2:0), “Qarabağ” isə “Neftçi”ni (2:0;0:0) mübarizədən kənarlaşdırdılar.
Qeyd edək ki, XXV Azərbaycan Kubokunun final görüşü 5 may tarixində Naxçıvan şəhər stadionunda baş tutacaq.


.
.
.
0.82953500747681