"Neftçi"nin 5 illik seriyası qırıldı!

12:36 06-04-2017
"Neftçi"nin 5 illik seriyası qırıldı!

SM: Futbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib. "Qəbələ"nin ardınca "Qarabağ" da həlledici qarşılaşmaya vəsiqəni rəsmiləşdirib. Yarımfinal mərhələsinin ilk matçında doğma azarkeşləri önündə "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan cavab görüşündə qolsuz heç-heçəyə razılaşıb. Beləliklə, ardıcıl olaraq 5 mövsüm ölkə kubokunun finalına yüksəlməyi bacaran flaqmanın seriyasına bu gün son qoyulub.


.
.
.
3.8799018859863