Bakı-2017: İHİF nümayəndə heyəti AİHOƏK-in qonağı oldular!

15:31 06-04-2017
Bakı-2017: İHİF nümayəndə heyəti AİHOƏK-in qonağı oldular!

SM: 5 aprel 2017 tarixində İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, cənab Abdullah Bin Abdulaziz Al-Saud Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin qonağı oldu.

İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İslam Əməkdaşlıq Təşkilatının bölməsidir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT, əvvəllər İslam Konfransı Təşkilatı) 4 qitədən 57 dövlətin üzv olduğu, BMT-dən sonra ən böyük dövlətlərarası təşkilatdır.

İHİF Prezidenti, cənab Abdullah Bin Abdulaziz Al-Saud komitənin Bakı 2017-yə hazırlıq işləri ilə yaxından tanış oldu və əməkdaşlarla fikir mübadiləsi apardı. Şeyxlə bərabər MOK-un vitse prezidenti Çingiz Hüseynzadə, Esteghal Futbol klubunun direktoru Bahram Əfşərzadə, Uqanda Milli Olimpiya Komitəsinin əməkdaşı, Güləş və Ağırlıq-qaldırma Federasiyasının prezidenti Salim Ssenkungu Musoke, Çad Milli Olimpiya Komitəsinin prezidenti İdriss Dokony Adiker və digər qonaqlar da bu görüşdə iştirak edirdi. Yeri gəlmişkən, bu nümayəndə heyəti bir neçə gün paytaxtımızın qonağı olacaq.
Nümayəndələr həm də Daş Salnamə Muzeyində keçirilən “Xəzərdən başlayan səyahət” adlı tədbirdə iştirak ediblər. Bakıda olduğu müddətdə İHİF Prezidenti püşkatma mərasimində (6 aprel), 7 aprel tarixinə təyin olunan mətbuat konfransında və Anti Dopinq kimi silsilə tədbirlərdə iştirak edəcək.


.
.
.
0.3115119934082