Yaşar Vahabzadə: "Komandaların hamısına hörmətlə yanaşmaq lazımdır"

13:31 07-04-2017
Yaşar Vahabzadə: "Komandaların hamısına hörmətlə yanaşmaq lazımdır"

SM: Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan futbol yarışlarının püşkatma mərasimi keçirilib. Yarışda ölkəmizi təmsil edəcək U-23 milli komandamızın da rəqibləri bəlli olub.

Yığmamız A qrupunda Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq.

Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaqlar.

Millimizin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərə püşkatma mərasimi haqqında danışıb: "İştirakçı komandaların hamısına hörmətlə yanaşmaq lazımdır. Bütün komandalar iddialıdır və biz də iddiamızı ortaya qoyacağıq. Qrupumuz çox güclüdür. Ən güclü komandalar da bizim qrupa düşdülər. Buna baxmayaraq, doğma divarlar arasında oynayacağıq və azarkeşlərimizin də dəstəyi olacaq. Yaxşı oyunla yaxşı nəticələr qazanmağa çalışacağıq".

Vahabzadə əsas məqsədin qrupdan çıxmaq olduğunu deyib.

Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.


.
.
.