Biro Jade: "Qarşıda hələ 2 oyunumuz var"

09:30 09-04-2017
Biro Jade: "Qarşıda hələ 2 oyunumuz var"

SM: Futzal üzrə Avropa çempionatının əsas mərhələsində bu gün keçirilmiş Azərbaycan – Bosniya və Herseqovina oyunundan sonra millimizin baş məşqçisi bunları deyib: “Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yer vermək olmaz. Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdur. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdır. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var gücünlkə mübarizə aparmalısan”.


.
.
.
0.44623184204102