Erind Resuli: "Azərbaycan millisi çox güclü rəqibdir"

15:45 10-04-2017
Erind Resuli: "Azərbaycan millisi çox güclü rəqibdir"

SM: Futzal üzrə Avropa çempionatının əsas mərhələsində bu gün keçirilmiş Azərbaycan – Albaniya oyunundan sonra qonaqların baş məşqçisi bunları deyib: “Azərbaycan millisi çox güclü rəqibdir. Albaniya yığması indiyə qədər bu mərhələyə yüksəlməyib. İlk dəfədir əsas mərhələdə çıxış edirik. Oyuna gəldikdə, birinci hissədə bərabərsəviyyəli qarşılaşma izlədik. Bir səhv etdik və Azərbaycan millisi bundan faydalandı. Bizim isə azı 2 real qol şansımız oldu. Komandamın fasiləyə qədər daha yaxşı oynadığını düşünürəm. Bu sözləri ikinci hissə haqda deyə bilmərəm. 2-3 ciddi səhv buraxdıq. Hesab 3:0 olduqdan sonra bizim üçün hər şeyin bitdiyi aydınlaşdı. Qələbə münasibəti ilə komandanızı təbrik edirəm. Xüsusilə də qapıçınız çox yaxşı oynadı, ən azı 3-4 epizodda vacib reaksiya nümayiş etdirdi və qol vurmağımıza imkan vermədi.
Fikrimcə, Azərbaycan millisi qrupun ən güclüsüdür. Komandanız kifayət qədər təcrübəli və səviyyəli futzalçılardan qurulub”.


.
.
.
0.32392597198486