Biro Jade:"Futzal dinamik oyundu, gərək fürsəti əldən verməyəsən"

12:12 12-04-2017
Biro Jade:"Futzal dinamik oyundu, gərək fürsəti əldən verməyəsən"

SM: Futzal üzrə Avropa çempionatının əsas mərhələsində bu gün keçirilmiş Macarıstan - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:“İlk növbədə hər zaman bizimlə olan, dəstək verən AFFA-nın baş katibi Elxan Məmmədova, Futzal Federasiyasının prezidenti Zaur Axundova təşəkkür edirəm. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərinə, təkcə bu gün oynayan yox, bütün futzalçılara çox sağ ol demək istəyirəm. Bu qələbədə hər kəsin payı var.
Oyun haqda danışarkən, qeyd etməliyəm ki, futzalçılarla psixoloji baxımdan mütəmadi söhbət edirdik. Çünki Bosniya və Herseqovina, eləcə də Albaniya ilə matçdan sonra bildirmişdim ki, meydan sahibi olan komandanın üzərində təzyiq olur. Vacib olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdi. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaratdı. Hətta hesabda geri düşdükdən sonra da oyunçularıma sakit olmalarını tapşırdım. Rəqib cəmi bir epizod yaratdı və qol vurdu. Amma oyuna nəzarət bizim tərəfimizdə idi. Əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq.
Futzal dinamik oyundu, gərək fürsəti əldən verməyəsən. Çünki epizod yaradıb qol vura bilməyəndə, rəqib sizi cəzalandırır. Çox yaxşı komandamız var. Tapşırıqları düzgün yerinə yetirdilər, müdafiədə diqqətli oynadılar və imkanları vaxtında dəyərləndirdilər. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir”.


.
.
.
0.33252787590027