Sito Rivero:"Azərbaycan milli komandasını təbrik edirəm"

12:34 12-04-2017
Sito Rivero:"Azərbaycan milli komandasını təbrik edirəm"

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində bu gün keçirilmiş Macarıstan - Azərbaycan oyunundan sonra qonaqların baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:“Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan milli komandasını təbrik edirəm. Oyuna gəldikdə, ikinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindirlər. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.


.
.
.
0.36621499061584