AGF Kuboku-2017: 6 qızıl, 1 gümüş və 4 bürünc medal!

11:00 15-04-2017
AGF Kuboku-2017: 6 qızıl, 1 gümüş və 4 bürünc medal!

SM: Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan yarışıb. Güləşçilərimiz günü 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsində Rəşad Abdulov (50 kq), Namaz Rüstəmov (66 kq), Nəsir Həsənov (74 kq), Arif Niftullayev (84 kq), Tehran Əminzadə (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Komanda hesabında Azərbaycan birinci, Qazaxstan ikinci, Gürcüstan yığması isə üçüncü yeri tutub.


.
.
.
0.41612601280212