Karlo Ançelotti: “Az da olsa, şansımız var”

12:34 18-04-2017
Karlo Ançelotti: “Az da olsa, şansımız var”

SM: “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb. İtaliyalı mütəxəssis qeyd edib ki, ilk oyunla müqayisədə hazırda komandasının yarımfinala yüksəlmək şansı azdır: “İlk matçda 60 dəqiqə yaxşı oynadıq. Bu dəfə də həmin oyunu sərgiləməliyik. Komandam xarakter nümayiş etdirməlidir. Mərhələ adlamaq üçün möhtəşəm futbol sərgiləməliyik. Ötən həftəkindən fərqli olaraq, şansımız çox deyil. İstənilən hala, az da olsa, şansımız qalır”.

Xatırladaq ki, “Bavariya” ilk oyunda öz meydanında “Real”a 1:2 hesabı ilə uduzub.


.
.
.
0.57215595245361