Kubokda "Qarabağ" nominal meydan sahibi oldu!

14:44 18-04-2017
Kubokda "Qarabağ" nominal meydan sahibi oldu!

SM: Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 5 may tarixində Naxçıvan şəhər stadionunda keçiriləcək.


.
.
.
0.32236385345459