Jardim: "Tarix yazdıq"

13:01 20-04-2017
Jardim: "Tarix yazdıq"

SM: bu sözləri "Monako"nun baş məşqçisi Leonardo Jardim Çempionlar Liqasının 1/4 finalında "Borussiya"ya (Dortmund) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. "Hələ heç nə qazanmamışıq. Ancaq tarix yazdıq. İlk dəfə biz üçüncü təsnifat mərhələsindən yarımfinala kimi yüksələn ilk komanda olduq" O, Dortmund təmsilçisinin böyük klub olduğunu bildirib: "20 dəqiqə ərzində rəqibə təzyiq göstərdik. Layiqli qələbə qazandıq".

J.Jardim yarımfinalda hansı komanda ilə qarşılaşaqlarının onun üçün fərqi olmadığını deyib: "Hər hansı seçim edə bilmərəm. Çünki çox güclü 3 komanda var. Bütün yarımfinalçılar kuboku qazana bilər. Favorit deyilik, amma əzmkar mübarizə aparacağıq".


.
.
.
0.72587585449219