Şeydayevin qolu "Jilina"nı məğlubiyyətdən xilas etmədi!

11:30 29-04-2017
Şeydayevin qolu "Jilina"nı məğlubiyyətdən xilas etmədi!

SM: Slovakiya çempionatında 29-cu turun oyunları keçirilir. Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Jilina" klubu səfərdə "Trençin"in qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində yeganə qolu matçın 21-ci dəqiqəsində yığmamızın forvardı vurub.
Xatırladaq ki, "Jilina" ötən tur vaxtından əvvəl Slovakiya çempionluğunu təmin edib.


.
.
.
0.40310406684875