İslamiada üçün boks millimizin heyəti açıqlandı!

16:16 02-05-2017
İslamiada üçün boks millimizin heyəti açıqlandı!

SM: Boks üzrə kişilərdən ibarət milli komandamızın mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək.

İki qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov Avropa Oyunlarından sonra yenidən doğma divarlar arasında rinqə çıxacaq.

Azərbaycan millisini heyəti:
49 kq. Rüfət Hüseynov
52 kq. Məsud Yusifzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Elvin İsayev
69 kq. Tamerlan Abdullayev
75 kq. Kamran Şahsuvarlı
81 kq. Rauf Rəhimov
91 kq. Teymur Məmmədov
+91 kq. Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları “Bakı Kristal Zal-2”də keçiriləcək. Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.


.
.
.
0.31742906570435