Qurban Qurbanov: "Bu görüşə həddindən artıq ciddi hazırlaşmışıq"

00:02 05-05-2017
Qurban Qurbanov: "Bu görüşə həddindən artıq ciddi hazırlaşmışıq"

SM: Bu sözləri "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib: "Bu görüşə həddindən artıq ciddi hazırlaşmışıq. Düzdü, vaxtımız az oldu, buna baxmayaraq çalışdıq ki, komandanı tam hazır edək".
Meydanın ot örtüyünün qənaətbəxş sayan mütəxəssis mövsüm ərzində onlara dəstək olan azarkeşlərin hamısını sabah tribunalarda görmək istədiyini dilə gətirib:
"Sonuncu dəfə 1991, ya da 1992-ci ildə burda olmuşdum. Şəhərin ümumi görünüşü yadımdan çıxmışdı. Yenidən bura gəlməyimə şad oldum. Açığı bu şəhəri çox sevdim. Dəyişikliklər, yeniliklər olub. Oyuna maraq böyükdü. Azarkeşlər hətta məşqdə iştirak edirlər. Sabah stadionun dolu olacağına inanıram. Maraqlı final alınacaq. Çox istərdim ki, azarkeşlər bol qollu oyunun şahidi olsunlar".


.
.
.
0.3098258972168