"Qarabağ" Azərbaycan kubokunu qazanaraq "Qızıl dubl" etdi!

17:58 05-05-2017
"Qarabağ" Azərbaycan kubokunu qazanaraq "Qızıl dubl" etdi!

SM: Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün final görüşü baş tutub. Sportmedia.az xəbər verir ki, Naxçıvan şəhər stadionunda ölkə çempionu "Qarabağ" və gümüş mükafatçı "Qəbələ" qarşılaşıb. Qriqorçukun tələbələri Azərbaycan Premyer Liqasında olduğu kimi bu dəfə də, rəqibinin biləyini bükə bilməyib. Qarşılaşmanın ikinci hissəsində Mahir Mədətov və Urfan Abbasovun avtoqolu ilə "atlılar" kuboku qazanaraq qızıl dubl etməyi bacarıblar.

"Qarabağ" – "Qəbələ" 2:0
Qollar: Mahir Mədətov, 52, Urfan Abbasov, 68 (avtoqol)


.
.
.
0.31097221374512