Roman Qriqorçuk: "Onlar haqlı qələbə qazandılar"

18:40 05-05-2017
Roman Qriqorçuk: "Onlar haqlı qələbə qazandılar"

SM: Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final matçında "Qarabağ" "Qəbələ"ni 2:0 məğlub edib. Qarşılaşmadan sonra Sportmedia.az-ın əməkdaşının iştirak etdiyi mətbuat konfransında "qırmızı-qaraların" baş məşqçisi Roman Qriqorçuk bunları deyib: Qarabağ” rəhbərlətini, futbolçularını yenidən təbrik edirəm. Hər şey qanunauyğun idi. Onlar haqlı qələbə qazandılar.

- Tellur Mütəllimovun zədəsi matç üçün həlledici rol oynadı?
- Bu sualı cavablandırmaq üçün bu situasiyanı yenidən yaşamaq lazımdı. Düşünmürəm ki, bu amil təsir etdi. Təbii ki, bu bizim üçün mənfi idi. Ancaq nəyin necə olacağını heç kim bilmir.

- Komandanın oyunu tam alınmadı. Problem nədədi sizcə, fiziki yorğunluq?
- Fiziki yorğunluğu deməzdim. Düşünürəm ki, qələbə əzmi, ehtirası yox idi.

- “Qəbələ” “Qarabağ”dan nədə geridə qalır?
- Bütün mövsümün analizini edə bilmərik. Mən sadəcə oyunda nələrin çatışmadıqlarını dedim. Hal-hazırda bu haqda danışmaq zamanı deyil.

- Meydan amili oyuna təsir etdimi?
- Mən oyundan başqa amildən danışmaq istəmirəm. Çünki rəqiblə eyni şərtlər altında idik. Hər vəziyyətdən çıxış yolu tapmaq lazımdı. “Qarabağ” bu amilə görə bizi üstələdi.


.
.
.
0.2951078414917