Qurban Qurbanov: "Futbolçular buna layiq idilər"

18:50 05-05-2017
Qurban Qurbanov: "Futbolçular buna layiq idilər"

SM: Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final matçında "Qarabağ" "Qəbələ"ni 2:0 məğlub edib. Qarşılaşmadan sonra "atlıların" baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlama verib: "Ardıcıl 3 il "qızıl dubl" etdik. Əlbəttə ki, bu bizi sevindirir. Futbolçular buna layiq idilər. Neçə illərdi çox əziyyət çəkirlər. Onların hər birinin uğuruna şadam. Açığı, hesab 2:0 olandan sonra nisbətən arxayınlıq yarandı. Amma 3-5 dəqiqə sonra yenidən həyəcan yaşadıq. "Qəbələ" çox hücum etməyə başladı, qapımızda qol imkanları yaratdı. Yalnız hakimin son fitindən sonra bildik ki, qələbə bizimdi. Ağır oyun oldu. İstər-istəməz futbolçularda yorğunluq var idi. Ancaq onlardan razı qaldım. Naxçıvan əhalisinə çox sağ ol demək istəyirəm ki, bizə dəstək oldular. İndi bir az istirahət edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Qurbanov Dino Ndlovunun final qarşılaşmasında "18-liy"ə düşməməsinin səbəbini də açıqladı: "Dino iki gün əvvəl Bakıdakı məşqin sonunda əzələsində ağrı hiss etdi. Zədəsi var idi. Biz də onu riskə atmaq istəmədik".


.
.
.
0.30980086326599