Tale Heydərov: "Bu il alınmadı, növbəti mövsüm çalışacağıq"

19:51 05-05-2017
Tale Heydərov: "Bu il alınmadı, növbəti mövsüm çalışacağıq"

SM: Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final matçında "Qarabağ" "Qəbələ"ni 2:0 məğlub edib. Qarşılaşmadan sonra "qırmızı-qaralar"ın prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb:
- Gözlədiyimizin minimumunu həll etdik. Təbii ki, biz daha yaxşısını istəyirdik. Məqsədimiz Premyer Liqada çempion olmaq idi. Heç olmasa kuboku qazanmaq istəyirdik. Bu il alınmadı, növbəti mövsüm çalışacağıq.

- Sizcə nə çatmadı?
- Məncə, "Qarabağ"ın peşəkarlığı və stabilliyi idi. Ən böyük rəqibimiz də "Qarabağ" idi. Özümüzün də səhvləri oldu. Lazımsız və gözlənilməz xallar itirdik.

- Roman Qriqorçukla yola davam edəcəksiniz?
- Bu barədə danışmamışıq. Yaxın günlərdə danışacağıq. Ümid edirəm ki, onunla davam edəcəyik.

- Avrokuboklara hazırlıq necə gedəcək? Komandaya yeni transferlər olacaqmı?
- Oyunçularla bağlı son qərarı məşqçi verəcək. Büdcədə dəyişiklik olmayacaq. Ola bilsin ki, eniş olsun, amma artmayacaq. Bir neçə futbolçu da alacağıq.

- Avropa Liqasında komandanın hədəfi nə olacaq?
- Eyni uğurları gözləmək asandı. Bunu unutmaq lazım deyil ki, ardıcıl 2 dəfə iki dəfə ilk mərhələdən qrupa yüksəldik. bu, özü çətin prosesdi. Qrupa düşsək, çalışacağıq xallar qazanaq və bacarsaq, qrupdan çıxa bilək.

- Oyunun Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?
- Naxçıvana gəlmək çox xoşdur. Azarkeşlərin çox olması sevindirici haldı. Amma daha yaxşı ot örtüyünə malik olan stadionlar Bakıda var idi. Ümid edirəm ki, gələn dəfə belə qərarlar verəndə məsləhətləşmiş və düşünülmüş olacaq. "Qarabağ" da, "Qəbələ" də azərbaycanın komandalarıdır. Futbol isə azarkeşlər üçün oynanılır. Möhtəşəm atmosferli oyuna şahid ola bilərdik. Ümid edirəm ki, növbəti ilin finalı üçün daha yaxşı seçim olur. Biz Naxçıvanda hər zaman oynamağa hazırıq. Yoldaşlıq matçları da keçirə bilərik, amma kubok qarşılaşması çox vacibdir.

- Azərbaycanda hər il ən azı 1-2 klub fəaliyyətini dayandırır. "Qəbələ" üçün çempionluq sirrli qutuya çevirilib. Komandada ruh düşkünlüyü yaranmayıb?
- Xeyr, ruh düşkünlüyü yaranmayıb. KLubların bağlanması yaxşı hal deyil. Kənardan da dəstəklər lazımdı. Klub rəhbərliyi yükün altına tək girə bilmir.


.
.
.
0.36606907844543