Tahir Gözəl: "Qarabağ" tarix yazdı"

20:02 05-05-2017
Tahir Gözəl: "Qarabağ" tarix yazdı"

SM: Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final matçında "Qarabağ" "Qəbələ"ni 2:0 məğlub edib. Qarşılaşmadan sonra "atlılar"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
"Naxçıvan əhalisinin dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm" - deyə o bildirib. Gözəl "Qarabağ"ın tarix yazdığını vurğulayıb: "Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədir ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdir, nailiyyətdir”. "Qarabağ"ın vitse-prezienti bundan sonrakı hədəflərinin Çempionlar Liqasında uğurlu iştirak olduğunu bildirib: "Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdır”.


.
.
.
0.4088089466095