İranlı güllə atıcısı “Bakı-2017”nin qalibi oldu!

17:40 16-05-2017
İranlı güllə atıcısı “Bakı-2017”nin qalibi oldu!

SM: İranlı Gölnuş Sebqatollahi qadın güllə atıcıları arasında 10 metr məsafədən pnevmatik tapançadan atəşaçma yarışında “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Sərrastlığı ilə seçilən idmançı mübarizənin əvvəlindən liderliyi ələ alıb və üstünlüyünü sonadək qoruyaraq 239.3 xalla fəxri kürsünün qızıl pilləsinə qalxıb.
Bu il dünya kubokunda 8-ci yer tutmuş Sebqatollahi son dərəcə gərgin mübarizə şəraitində keçən final mərhələsində Misir idmançısı Afaf Elhodhodu (236.3) cüzi fərqlə qabaqlayıb.

Azərbaycanlı güllə atıcısı Nigar Nəsirova 211.5 xal toplamaqla bürünc medal qazanıb, Zərifə Qasımova isə 171 xalla 5-ci yeri tutub.


.
.
.
0.37880206108093