Azərbaycan atletləri günü 4 medalla başa çatdırdılar!

09:00 18-05-2017
Azərbaycan atletləri günü 4 medalla başa çatdırdılar!

SM: Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında mayın 17-ni 4 medalla başa çatdırıb. kişi paralimpiyaçılar arasında F57 kateqoriyası üzrə diskatma yarışında 45,17 metr nəticə ilə Samir Nəbiyev özünün ikinci qızıl medalını qazanıb: o, ilk çempionluğu dünən kürəatma yarışında əldə etmişdi.

F-57 diskatma yarışında gümüş medala iordaniyalı Amer Abdelaziz, bürünc mükafata isə Misir təmsilçisi Metava Abouelkhir yiyələnib.

Azərbaycan komandasının hesabına 44-cü qızıl medalı isə Elmir Cəbrayılov yazdırıb: paralimpiyaçımız 100 metr məsafəyə qaçışda 10,98 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Özbəkistan təmsilçisi Mansur Abdiraşidov 2-ci, Mərakeş idmançısı Mahdi Afri isə 3-cü yeri tutub.

Üç təkanla uzunluğa tullanma yarışında Nazim Babayev 17,15 metr nəticə ilə atletikada ölkəmizə 7-ci qızıl medalı qazandırıb. Digər təmsilçimiz Aleksis Kopello isə 16,90 metr göstərici ilə gümüşə sahib olub. Suriyalı Miguel Assen Van isə 3-cü nəticə göstərib.

Kişilərin 110 metr məsafəyə maneələrlə qaçışında təmsilçimiz Rahib Məmmədov finişə ikinci çatıb – o, məsafəni 14,18 saniyəyə qət edib. Qızıl medalı isə Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad qazanıb, bürünc medalı iraqlı Mohammed Sad Al-Xfaci əldə edib.

Kişi paralimpiyaçıların diskatma yarışında Azərbaycan idmançısı Oloxan Musayev 40,49 metr nəticə ilə bürünc medal qazanıb. Çempionluğa və gümüş medala isə İran idmançıları Əli Məhəmmədyari ilə Əlireza Nasseri Qaleh yiyələniblər.

Atletika yarışlarına mayın 20-də yekun vurulacaq.


.
.
.
0.42532420158386