Su polosunda Türkiyə  çempion oldu!

09:10 18-05-2017
Su polosunda Türkiyə  çempion oldu!

SM: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışına yekun vurulub. Həlledici görüşdə Türkiyə və İran milli komandaları üz-üzə gəliblər.
Final qarşılaşması olduqca gərgin idman mübarizəsi şəraitində keçib və 9:9 hesabı ilə nəticələnib. Qalib müəyyənləşdirmək üçün reqlamentdə nəzərdə tutulan əlavə vasitələrə əl atılıb və nəticədə Türkiyə voterpolçuları Oyunların qalibi elan olunub.

Bürünc medallar uğrunda görüşdə isə meydan sahibi Azərbaycan yığması ilə Səudiyyə Ərəbistanı milli komandaları qarşılaşıblar. Həmvətənlərimizin üstünlüyü ilə keçən bu oyun 11:7 hesabı ilə başa çatıb və voterpolçularımız turniri 3-cü pillədə bitiriblər.


.
.
.
0.341313123703