İslamiada: Voleybol yarışında Azərbaycan - Türkiyə finalı!

09:33 18-05-2017
İslamiada: Voleybol yarışında Azərbaycan - Türkiyə finalı!

SM: Bu gün İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulacaq.

“Bakı Kristal Zal”da əvvəlcə bürünc medal uğrunda görüş keçiriləcək. Tacikistan və Qırğızıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da start götürəcək.

Ardından isə yarışın əsas favoritlərindən hesab olunan Azərbaycan millisi qızıl medal uğrunda görüşdə Türkiyə ilə üz-üzə gələcək. Final görüşü saat 19:30-da başlanacaq.


.
.
.
0.3225269317627