Taekvondoçularımızdan 4 qızıl, 1 gümüş medal!

09:40 18-05-2017
Taekvondoçularımızdan 4 qızıl, 1 gümüş medal!

SM: IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. 68 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran) çətinliklə (9:7) məğlub edərək, qızıl medala sahib olub.

80 kq-da çəxış edən Milad Beiqi Harçeqani həlledici görüşdə Türkiyə taekvondoçusu Yunus Sarı ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş təmsilçimizin 9:5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Harçeqani yığmamıza növbəti "qızıl"ı qazandırıb.

Olimpiya çempionumuz Radik İsayev də (87+kq) bu gün dayanq üzərinə çıxıb. Olimpiya çempionumuz finalda Dmitri Şokinlə (Özbəkistan) döyüşüb. Dünya çempionlarının dueli gərginliyi ilə seçilib. Başabaş mübarizə şəraitində keçən görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac duyulub. Burda isə qızıl xalı qazanan Radik İsayev (1:0) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova da qəzəl medala layiq görülüb. O, finalda qazaxıstanlı Aynur Yasbergenova ilə döyüşüb. Final görüşündə də ciddi müqavimətlə üzləşməyən taekvondoçumuz (14:4) İslamiadanı 1-ci yerdə başa vurub.

67 kq-da mübarizə aparan Fəridə Əzizova finalda Türkiyə təmsilçisi Nur Tatara 2:8 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə millimiz bir qızıl və bir gümüş medal qazanıb.


.
.
.
0.33142900466919